Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov İSESKO-nun baş direktoru ilə görüşüb
04.10.12 14:57

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. E.Məmmədyarov Azərbaycan və İSESKO arasında yüksək səviyyəli əməkdaşlığın mövcud olduğunu qeyd edib və dövlətimizin təşkilatla münasibətlərə verdiyi önəmi vurğulayıb. İSESKO-nun baş direktoru Azərbaycana səfərindən məmnunluğunu diqqətə çatdırıb və 2-ci Bakı Beynəlxalq Humanitar Forumunun mədəniyyətlərarası dialoq və qlobal humanitar məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyətini qeyd edib. Azərbaycanın mədəniyyətlər arasında dialoqun aparılması üçün uğurlu ölkə olduğunu vurğulayıb və ölkəmizin bu istiqamətdə göstərdiyi fəaliyyətə görə öz təşəkürünü bildirib. Görüşdə həmçinin gələn il Bakı şəhərində Azərbaycan hökuməti, BMT və İSESKO-nun birgə təşkilatçılığı ilə terrorçuluğa qarşı mübarizəyə həsr olunacaq beynəlxalq konfrans ətrafında müzakirə və fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-7229.html