Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Yunanıstanın keçmiş xarici işlər nazirini qəbul edib
04.10.12 14:57

Elmar Məmmədyarov Yunanıstanın keçmiş xarici işlər naziri, Yunanıstan parlamentinin üzvü xanım Dora Bakoyannisi qəbul edib. XİN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Elmar Məmmədyarov qonağı ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib. Azərbaycan-Yunanıstan ikitərəfli münasibətlərinə toxunan Elmar Məmmədyarov iki ölkə arasında münasibətlərin genişlənməsi üçün potensialın olduğunu, xüsusilə də enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarının mövcud olduğunu nəzərə çatdırıb. Xanım Dora Bakoyannis Bakıda növbəti dəfə olmağından məmnun olduğunu bildirib və bu günlərdə keçirilən 2-ci Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. O, həmçinin ölkəsi ilə Azərbaycan arasında mövcud münasibətlərin yüksək səviyyədə olduğunu və əlaqələrin gələcək inkişafı üçün potensialın olduğunu diqqətə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-7228.html