Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Çili-Azərbaycan dostluq qrupunun rəhbərini qəbul edib
06.10.12 00:57

Prezident İlham Əliyev bu gün Çilinin Deputatlar Palatasının yoxsulluqla mübarizə, planlaşdırma və sosial inkişaf daimi komissiyasının sədri, Çili-Azərbaycan dostluq qrupunun rəhbəri Enrike Akkorsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Çili Deputatlar Palatasının komissiya sədri, Çili-Azərbaycan dostluq qrupunun rəhbəri Enrike Akkorsinin başçılıq etdiyi nümayəndə heyətinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd edib. Səfərin ikitərəfli münasibətlərimizin inkişafı baxımından əhəmiyyətini vurğulayan prezident İlham Əliyev əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. Dövlət başçısı parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafındakı rolunu vurğulayıb. Enrike Akkorsi Azərbaycana gələn nümayəndə heyətinin tərkibində Çilinin bütün siyasi partiyalarının təmsil olunduğunu məmnunluqla qeyd edib. Bakı Beynəlxalq Humanitar Forumunda Prezident İlham Əliyevin nitqinin böyük maraqla qarşılandığını vurğulayan qonaq dünyada sülhün qorunmasında və qarşılıqlı anlaşmanın təmin olunmasında Forumun əhəmiyyətini qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-7226.html