Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Uruqvay-Azərbaycan dostluq qrupunun rəhbərini qəbul edib
06.10.12 00:57

Prezident İlham Əliyev Uruqvay Şərq Respublikası Nümayəndələr Palatasının xarici əlaqələr daimi komissiyasının sədri, Uruqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Mario Jaime Trobonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Uruqvaydan böyük nümayəndə heyətinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini qeyd edib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf dövrünü yaşadığını vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin daha da genişləndirilməsi üçün əlavə tədbirlər görməyin zəruriliyini bildirib. Azərbaycan ilə Uruqvay arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı daha da möhkəmləndirməyin vacibliyini qeyd edən dövlət başçısı münasibətlərimizin genişlənməsində parlamentlərarası əlaqələrin böyük əhəmiyyət kəsb etdiyini deyib. İkitərəfli münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına və əlaqələrimizin genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.Uruqvay Nümayəndələr Palatasının xarici əlaqələr daimi komissiyasının sədri, Uruqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Mario Jaime Trobo nümayəndə heyəti üzvlərini dövlət başçısına təqdim edib. O, böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsini Uruqvayın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə olan marağının göstəricisi kimi dəyərləndirib və əlaqələrimizin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu deyib.
URL / WWW
http://kelam.az/article/a-7225.html