Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Saakaşvili partiyasının müxalifətə keçdiyini bəyan etdi
03.10.12 15:58

Gürcüstan prezidenti Mixail Saakaşvili hakim “Vahid Milli Hərəkat” Partiyasının məğlubiyyətini etiraf edib. “KƏLAMİNFO” “Novosti Qruziya”ya istinadən bildirir ki, prezident sədri olduğu partiyanın müxalifətə keçdiyini vurğulayıb. Gürcüstan prezidenti deyib ki, ölkənin yeni hökumətini seçkilərdə qalib gələn “Gürcü arzusu” koalisiyası quracaq. Dövlət başçısı olaraq yeni parlamentin fəaliyyətə başlayaraq sədr seçməsini və yeni hökuməti formalaşdırmasını təmin etməyə çalışacaq. O, etiraf edib ki, onun üçün “Gürcü arzusu”nun baxışları qəbuledilməz olub. Və onun sədri olduğu “Vahid Milli Birlik” partiyası ilə “Gürcü arzusu” arasında çox dərin fərqlər var: “Biz hesab edirik ki, onların baxışları doğru deyil. Lakin qərarı gürcü xalqının əksəriyyəti qəbul edib və biz bu seçimə hörmətlə yanaşırıq. Bizim “Qızılgül inqilabı”ndan sonra əldə etdiklərimiz ölkə tarixi baxımından çox əhəmiyyətli olmaqla yanaşı, dövlətçilik tariximizin də ən maraqlı dövrlərindən biridir”. VMB sədri hesab edir ki, onların baxışları səhvdir, lakin demokratiya elə işləyir ki, gürcü xalqı çoxluqla qərar qəbul edir: “Və biz buna hörmətlə yanaşırıq. Bir tərəfdən partiya lideri kimi deyərdim ki, Milli Birlik partiyası müxalifətə keçir. Son 8 ilin nailiyyətləri, qızılgül inqilabı tək Gürcüstanın tarixi üçün deyil, bu, Gürcüstanı dünyanın yerdə qalan hissəsi üçün ən bağlayıcı bir ölkəyə çevirib”. «KƏLAMİNFO» «Qruziya-onlayn»a istinadən xəbər verir ki, dövlət başçısı tərəfdarlarına təşəkkür edərək bir daha bildirib ki, Gürcüstanın mövcud inkişaf kursunun nativi yoxdur: “Biz buna inanaraq mübarizəmizi davam etdirəcəyik - bu günün çağırışları nə olursa olsun!”
URL / WWW
http://kelam.az/article/a-7222.html