Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qarabağ müharibəsindən zərər çəkən gənclər peşə biliklərinə yiyələnib
03.10.12 15:08

“Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi (RİHMM) Qarabağ müharibəsindən zərər çəkən ailələrin məşğulluğunun artırılması istiqamətində icra etdiyi növbəti layihəni yekunlaşdırıb. Mərkəzdən “KƏLAMİNFO”ya verilən məlumata görə, təşkilatın Bərdə rayonunda yerləşən ofisində keçirilən kurslara Bərdə, Ağdam və Tərtər rayonlarında məskunlaşan qaçqın, məcburi köçkün, həmçinin həmin rayonlarda yaşayan şəhid ailələri, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin ailələrindən olan şəxslər cəlb olunub. Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib. Altı ay müddətində keçirilən layihədə 60 nəfər dərziliklə bağlı peşə bacarıqlarına yiyələnib. Kursları müvəffəqiyyətlə bitirən şəxslərə sertifikatlar verilib. Layihənin yekunu ilə bağlı keçirilən mətbuat konfransında RİHMM-nin sədri Xalid Kazımov bildirib ki, bundan sonra təşkilat kursu bitirən gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində iş aparılacaq. Onun sözlərinə görə, həyata keçirilən layihədə əsas məqsəd gənclərə peşə bacarıqlarının öyrədilməsi ilə onların məşğulluğunun artırılmasına nail olmaq və əmək miqrasiyasının azaldılmasına, sosial vəziyyətin yaxşılaşdırılmasına yardım edəcək. Qeyd edək ki, bundan öncə RİHMM Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) texniki və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müharibədən zərər çəkən ailələrdən olan uşaqlar üçün kompüter kurslarının təşkili” layihəsini həyata keçirib. Layihə çərçivəsində bu təbəqədən olan 121 nəfərə kompüter bilikləri verilib. Layihə TİKA-nın 2010-cu ildə dəstək verdiyi ən uğurlu layihələrdən biri olub.
URL / WWW
http://kelam.az/article/a-7221.html