Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İnsan alveri ilə mübarizəyə həsr edilən tədbir keçiriləcək
03.10.12 15:08

Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamenti (UNDPİ) ilə Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) birgə təşkilatçılığı ilə oktyabrın 10-u Bakıda jurnalistlər üçün “İnsan alveri ilə mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir keçirəcək. Məlumatı “KƏLAMİNFO”ya BMT-nin İctimai İnformasiya Departamentindən veriblər. Tədbirdə İOM-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak qeyd edilən mövzu ətrafında təqdimatla çıxış edəcək. O, insan alveri mövzusunun mətbuatda işıqlandırılmasına dair jurnalistlərin suallarını cavablandıracaq. Tədbirdə, həmçinin UNDPİ-ın Azərbaycandakı nümayəndəsi Envera Selimoviç də çıxış edəcək. Tədbirin məqsədi media nümayəndələrini dünyada insan alveri ilə mübarizə aparan beynəlxalq təşkilat haqqında məlumatlandırmaq və eyni zamanda, təşkilatın Azərbaycandakı fəaliyyəti haqqında maarifləndirməkdir.
URL / WWW
http://kelam.az/article/a-7217.html