Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » YAP Gənclər Birliyinin sədr müavini Malaziyada İCAPP-ın tədbirində iştirak edəcək
03.10.12 15:08

YAP Gənclər Birliyinin sədr müavini, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov oktyabrın 5-də Malaziyanın paytaxtı Kuala Lumpur şəhərində Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclərin məşvərət iclasında Azərbaycanı təmsil edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya YAP-dan veriblər. Səfər zamanı Malaziya Baş nazirinin müavini Muhiddin Bin Hj Mohd Yasin, İCAPP həmsədrləri Jose de Venecia və Çunq Eui-Yong, Malaziyanın səhiyyə naziri Datuk Rosnah Binti Hj Abdul Raşid Şirlin, Kamboca Baş nazirinin müşaviri Yara Suos və digər ölkələrin rəsmiləri ilə görüşlər gözlənilir. Tədbir çərçivəsində İCAPP-ın Gənclər Birliyinin təsis edilməsi, Asiya Siyasi Partiyalarının gənc liderləri arasında əməkdaşlığın qurulması nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-7216.html