Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Azərbaycan gəncləri - dünən, bu gün, sabah” mövzusunda Dəyirmi masa keçirilib
03.02.10 03:54

Bu gün “Gənclər günü” ilə əlaqədar olaraq Bakıda Gənclər və İdman Nazirliyinin (GİN) Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi tərəfindən “Azərbaycan gəncləri-dünən, bu gün, sabah” adlı Dəyirmi masa keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə GİN-in nazir müavini İntiqam Babayev ötən ildə Azərbaycanda gənclərlə bağlı uğurlu layihələrdən danışıb. O, qeyd edib ki, gənclərin sosial durumu dövlət siyasətində başlıca meyarlardan biridir. İ.Babayev təmsil etdiyi qurum tərəfindən gənclər haqqında qanuna edilən təkliflərdən və dəyişikliklərdən bəhs edib. “Son müddəalara əsasən hazırda ölkədə 14-29 yaş həddi gənc insanlar kimi, 35 yaşa qədər isə gənc ailə kimi nəzərə alınır”,-deyə nazir müavini söyləyib.Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli ölkədə gənclərlə bağlı qanunvericilikdə nəzərdə tutulan məqamlardan bəhs edib. Azərbaycan gənclərinin ölkə başçısının sosial siyasətinin baş xətlərindən olduğunu deyən H.Rəcəbli ölkədə son vaxtlar gənclərə yaradılan şəraiti sadalayıb. H.Rəcəbli son zamanlar gənclər haqqında qanuna edilən dəyişiklərin onların sosial həyatına mühüm dəstək olacağını vurğulayıb. Millət vəkili qanuna edilən dəyişiklərdə əsas iki məqamı xüsusilə qeyd edib. “Bunlar, ordu sıralarından qayıdan gənclərimizin əvvəlki iş yerləri ilə təmin olunması və gənc ailələrlə bağlı ipoteka kreditlərinə güzəştlərin edilməsidir. Bundan başqa növbəti iclaslarda gənc qızlar arasında nigah yaşının yuxarı qaldırılması da gənclər üçün gündəmdə olan vacib məsələlərdəndir”,-deyə komitə sədri bildirib.
URL / WWW
http://kelam.az/article/a-721.html