Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Türk Dünyası QHT-lər Birliyi”nin yaradılması təklif olunub
02.10.12 23:19

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Türk Dünyası QHT-lər Birliyinin Yaradılması” mövzusunda konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verib ki, Dünya Türklərinin Həmrəylik Gününə həsr olunan tədbir “Müasir İnkişaf”, “Türk Hərakatı” İctimai birliklərinin və Türk Ocaqlarının Bakı Təmsilçiliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə səslənən fikirlərə görə, Türk Dünaysının birliyində, xüsusən ictimai-siyasi, mədəni inteqrasiyasında qeyri-hökumət təşkilatları, ictimai birliklər, fondlar, xeyriyyə cəmiyyətləri, dərnəklərin xüsusi rolu var. Tədbirdə konfrans adından müraciət qəbul olunub. Müraciətin motivində türk dövlətləri rəhbərlərinin dəstəyi ilə aparıcı QHT-lərin fəaliyyətini koordinasiya edəcək “Türk Dünyası QHT-lər Birliyi”nin yaradılmasının artıq vaxtının çatdığı göstərilir.
URL / WWW
http://kelam.az/article/a-7209.html