Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » BDU-da “Qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesləri” mövzusunda tədbir keçirilib
02.10.12 19:19

Bu gün Bakı Dövlət Universitetində “Qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesləri” mövzusunda tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Latviyanın 6-cı prezidenti Vaira Vike-Freiberga, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Qırğızıstan müvəqqəti hökumətinin keçmiş rəhbəri Roza Otunbayeva, Oksford Universiteti Linkoln Kollecinin rəhbəri Baronessa Susan Greenfield, İsveç prezidentinin müşaviri V Füst və başqa qonaqlar iştirak edib. BDU-nun rektoru Abel Məhərrəmov Azərbaycan təhsilinin inkişafı, bu sahədə aparılan islahatlardan danışıb. Təhsilin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, bu istiqamətdə irəlilədiyini diqqətə çatdıran A.Məhərrəmov BDU-nun qloballaşma şəraitində elm və təhsil sahəsində inteqrasiya prosesində iştirakından, bu sahədə əldə edilən uğurlardan bəhs edib. O, qloballaşan dünyada vahid təhsil sisteminə inteqrasiyanın bir zərurətə çevrildiyini qeyd edib. A.Məhərrəmov əlavə edib ki, Azərbaycan iqtisadi, elm və təhsil sahəsində dünya müstəvisində özünü təsdiqləyir: “Ölkə rəhbəri cənab İlham Əliyev alimlər qarşısında belə bir çağırış qoyub ki, Azərbaycanın iqtisadi potensialını intellekt kapitalına çevirək. Bu vəzifəni yalnız respublika çərçivəsində deyil, qlobal düşüncə ilə beynəlxalq müstəvidə həyata keçirmək lazımdır”. O, bu günlərdə Bakıda keçiriləcək 2-ci Humanitar Forumdan da bəhs edib və bildirib ki, Azərbaycan bu forumdan həm ideologiya, həm də intellektual baxımdan bəhrələnəcək. Bu forum həmçinin Azərbaycanı dünyaya bir daha tanıdacaq. Sonra qonaqlar mövzu barədə fikirlərini bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-7208.html