Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanlı deputat: “Türkiyə ilə Azərbaycan arasında birgə hərbi təlimlərə start verilməsinin zamanı yetişib”
02.10.12 23:19

“Artıq elə bir dönəmdir ki, Türkiyə ilə Azərbaycan arasında iki qardaş ölkənin birgə hərbi təlimlərə start verməsi zamanı çoxdan yetişib”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Deputat qeyd edir ki, ən azı torpaqlarımızı işğal edən Ermənistanda Rusiya hərbi bazasının genişləndirilməsi və yerli hökumətə hərbi hissələrin təhvil verilməsi bizdə də adekvat addım atmağa vadar edir: “Belə bir birgə təlim bölük, alay və ya digər formada vahid komandanlıq altında yaradılacaq bu hərbi birləşmə birgə döyüş təlimləri keçirə bilər. Bu məsələ “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilənin təsdiq edilməsi barədə 19 yanvar 2011-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənə bilər”. Z.Oruc xatırladır ki, Azərbaycanla Türkiyə arasında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında imzalanan strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə “Hərbi-siyasi və təhlükəsizlik məsələləri”, “Hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri”, “İqtisadi əməkdaşlıq məsələləri”, “Humanitar məsələlər”, “Ümumi və yekun müddəalar” bölmələrindən ibarətdir ki, bu da qeyd etdiyi prosesin həyata keçirilməsinə tam şərait yaradır.
URL / WWW
http://kelam.az/article/a-7207.html