Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan Gənclər Fondu Albaniyada beynəlxalq Simpoziuma qatılıb
02.10.12 19:18

Albaniyanın Gənclər, İdman, Turizm və Mədəniyyət Nazirliyinin, BMT-nin Əhali Fondunun (UNFPA), SALTO-YOUTH Cənub Şərqi Avropa və Qafqaz üzrə Resurs Mərkəzinin, Əməkdaşlıq və Təlim üzrə Resurs mərkəzinin, Cənub Şərqi Avropa Resurs mərkəzinin birgə təşkilatçılığı ilə Albaniyanın paytaxtı Tirana şəhərində "Cənub Şərqi Avropada Gənclər Siyasəti sahəsində əməkdaşlıq: gənclər işinin hüquqi statusu və qeyri formal maarifləndirmə prosesi " adlı beynəlxalq Simpozium keçirilir. Tədbirdə 20 ölkədən nümayəndə heyəti iştirak edir. Simpoziumda Azərbaycanı Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunu Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov təmsil edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Gənclər Fondundan veriblər.Orxan Ərəbov bildirib ki, simpoziumun davam etdiyi müddət ərzində iştirakçı ölkələrin öz təcrübələri ilə bölüşməsi üçün xüsusi məkanda maarifləndirici sərgi də təşkil olunub. Həmçinin, yeni konsepsiyaların birgə hazırlanması üçün ortaq müzakirə formatı təmin olunmaqla işçi qrupları formalaşdırılıb. Simpozium müddətində Orxan Ərəbov Azərbaycan Gənclər Fondunun fəaliyyət istiqamətləri, məqsədi, maliyyələşdirmə imkanları və mexanizmləri haqqında iştirakçısı olduğu SALTO-YOUTH Cənub Şərqi Avropa və Qafqaz üzrə Resurs Mərkəzləri adlı işçi qrupuna daxil olan ölkələrin nümayəndə heyətlərinə ətraflı məlumat verib, onların Fond haqqında olan suallarını cavablandırıb . Bundan əlavə, Simpozium zamanı beynəlxalq statuslu Maarifləndirmə Sisteminin İnkişafı Fondunun direktor müavini, eyni zamanda "Youth in Action" proqramının Polşa üzrə milli agentliyinin direktoru Tomasz Brateklə Orxan Ərəbovun görüşü baş tutub. Görüş zamanı qarşıda duran razılaşdırılmış birgə layihələrin müzakirəsi və yeni fəaliyyət sahələri ətrafında fikir mübadiləsi aparılıb və fondlararası qarşılıqlı anlaşma haqqında memorandum təklifi müzakirə edilib.
URL / WWW
http://kelam.az/article/a-7205.html