Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » FHN əməkdaşlarının əmək pensiyalarına güzəşt tətbiq ediləcək
02.10.12 15:39

Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Dəyişikliyə görə, əvvəl Böyük Vətən müharibəsi iştirakçıları və veteranlarının pensiyası fərqli hesablansa da, qanuna dəyişikliklə onlar arasındakı fərq aradan qaldırılacaq. Beləliklə, hazırda İkinci Dünya müharibəsində iştirakçılarının əmək pensiyasının baza hissəsinə 50 faiz əlavə ödəmə nəzərdə tutulubsa, dəyişikliklə əlavə 90 faiz təşkil edəcək. Qanuna edilən digər dəyişikliklərə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının əmək pensiyalarına güzəşt tətbiq ediləcək. Belə ki, FHN-də 25 il çalışanlar əmək pensiyasına çıxmaq hüququ qazanacaqlar. Bundan əlavə, əməkdaş vəfat edərsə, onun ailə üzvləri ailə başçısını itirdiklərinə görə əmək pensiyası almaq hüququna malik olacaqlar. Qanunda digər dəyişiklik ondan ibarətdir ki, FHN-də 5 il çalışan şəxs əmək pensiyasına çıxarsa, əmək haqqının 45 faizini, 5-10 il yenə 45 faiz, 10 ildən çox çalışanlara isə 55 faiz pensiya verilməsi nəzərdə tutulur. Bu insanlar dünyalarını dəyişərsə, onun ailə üzvlərinin ailə başçısını itirdiklərinə görə əmək pensiyası almaq hüququ yaranacaq.
URL / WWW
http://kelam.az/article/a-7201.html