Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SAM-ın nümayəndə heyəti İtaliyada rəsmi səfərdə olub
02.10.12 01:39

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti İtaliyanın Milan və Roma şəhərlərində rəsmi səfərdə olub. Məlumatı “KƏLAMİNFO”ya SAM-dan veriblər. SAM və İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutu (ISPI) tərəfindən "Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü: ümumi çərçivə və ya geniş imkanlar” mövzusunda həyata keçirilən birgə layihə çərçivəsində Milanda işçi görüş keçirilib və gələcək addımlar müzakirə edilib. Növbəti gün Milanın Katolik Universitetində SAM-ın ekspertlərinin iştirakı ilə Azərbaycanın xarici siyasətinə həsr olunan seminar təşkil edilib. Səfər çərçivəsində SAM-ın direktor müavini Gülşən Paşayeva və aparıcı elmi işçi Kamal Makili-Əliyev Romada yerləşən Beynəlxalq Münasibətlər İnstitutunun (IAI) təşkil etdiyi iki tədbirdə də iştirak ediblər. Dağlıq Qarabağ münaqişəsinə dair sülh prosesinin qiymətləndirilməsinə həsr edilən ilk tədbirdə G.Paşayeva və Ermənistanın Avrasiya Əməkdaşlıq Fondunun Avropa üzrə proqram meneceri M.Ovanisyan məruzəçi kimi çıxış ediblər. İAİ-nin direktor müavini Natali Toççinininin moderatorluq etdiyi bu tədbirə beynəlxalq təşkilatlar, diplomatik korpusun nümayəndələri, eləcə də İtaliyanın bir sıra beyin mərkəzlərini təmsil edən ekspertlər qatılıblar. "Cənubi Tirol muxtariyyəti postsovet məkanında münaqişələrin həlli üçün model ola bilərmi”? mövzusuna həsr edilən ikinci tədbir isə bağlı qapılar arxasında keçirilib.
URL / WWW
http://kelam.az/article/a-7200.html