Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Yaşil çayin özəlliyi
03.02.10 01:44

Ötən il Azərbaycanda yaşıl çay yarpağı yığımı 32,9% azalaraq 307,3 ton təşkil edib. Yaşıl çay Camellia sinensis yarpaqlarından əldə edilən çaydır. Eyni bitkidən əldə edilən qara çay üçün yarpaqlar yavaş-yavaş qurudulur, yaşıl çayın isə yarpaqları toplanır-toplanmaz qovrularaq tez qurudulması həyata keçirilir. Hər iki çayda da kafein var, amma yaşıl çaydakı kafein miqdarı daha azdır. Hər iki çayda da antioksidan maddələr var, amma yaşıl çay daha az işləmdən keçdiyi üçün onda antioksidan miqdarı da çoxdur.
Susuzluğu yatırmaq və sağlamlıq üçün faydasından əlavə çay qədimdən gözəlliyin qorunması üçün də istifadə edilib. Yaşıl çay antioksidləşdiricilərin mənbəyidir. Məhz buna görə yaşıl çay günəş əleyhinə olan kremlərin, sellülit, yaşlanma əleyhinə olan vasitələrin, üz üçün xüsusi tonlaşdırıcıların və şampunların tərkibində istifadə edilir. Yaponiyalılar yüzilliklər boyu müxtəlif sortlu çay dəmləyərək dərinin müxtəlif hissələrinə və saçlara qulluq məqsədilə istifadə edirdilər.
Çaydan hazırlanmış kompress göz ətrafında olan şişləri aradan qaldırır, dərinin rəngini daha sağlam edir. Yaşıl çayın daha vacib bir funksiyası da arıqlamağa kömək etməsidir. Yaşıl çay orqanizmə düşən kimi metabolizm prosesini tezləşdirir, daha doğrusu maddələr mübadiləsini tənzimləyir. Gün ərzində 2-3 fincan yaşıl çayın qəbul edilməsi tədricən 100 kkal arıqlamağa kömək edəcək. İl ərzində siz əlavə əziyyət çəkmədən və pəhriz saxlamadan 4 kiloqram arıqlayacaqsınız.
Nə üçün arıqlama baş verir? Məsələ bundadır ki, yaşıl çay yağ və yağ turşularının sorulması və qlükozanın səviyyəsini tənzimləyir . Polifenol katexin qlükozanın yağlara keçməsini yubadır. Yaşıl çay istifadə etməklə, qidalanmadan sonra qanda şəkərin səviyyəsi yavaşıyır, qlükozanın səviyyəsi isə normallaşır. Şəkərli diabet, və ya daxili ifrazat vəzilərinin xəstəliyindən əziyyət çəkən insanlar üçün gündəlik yaşıl çayın içilməsi vacibdir.
Yaşıl çay qəhvədən heç də az gümrahlıq gətirmir, buna baxmayaraq tərkibində kofeinin miqdarı əhəmiyyətli dərəcədə aşağıdır.

Ağ ciyər xərçəngindən müdafiə edir

Tayvan Tibb Universitetinin ekspertləri hesab edirlər ki, yaşıl çay ağ ciyər xərçəngindən müəyyən dərəcədə müdafiə edə bilər. 500-dən çox adamın iştirakı ilə keçirilən eksperimentlər göstərmişdir ki, gündə azı bir fincan yaşıl çay içməklə ağ ciyər xərçəngi təhlükəsinin qarşısını almaq olar.
Camellia sinesis (Çin çay kolu) bitkisinin qurudulmuş yarpaqlarından hazırlanan yaşıl çay Asiyada geniş yayılmışdır. Bu qitədə xərçəngin bir çox növlərinə bütün dünyada olduğundan daha az rast gəlinir. Tədqiqatlar gtöstərmişdir ki, yaşıl çayın tərkibindəki polifenollar xərçəng hüceyrələrinin inkişafını dayandırır. Yaşıl çayın qan və ağız boşluğu xərçəngindən müdafiə etməsi də sübuta yetirilmişdir.
Bütövlükdə yaşıl çayın antixərçəng xüsusiyyətləri qızğın diskussiyaların mövzusudur. Bu dəfə də Tayvan alimləri müəyyən etmişlər ki, ağ ciyər xərçənginin qarşısının alınmasında DNT xüsusi rol oynayır. Tədqiqatçılar təcrübələrin nəticələrini ABŞ-da keçirilən elmi konfranslardan birində təqdim etmişlər.

Donuz qripini müalicə edir

Yaponiyanın Sidsuoke Universitetinin alimləri hesab edirlər ki, yaşıl çayın tərkibindəki əsas maddə - epiqallokatexin qallat (EGCG) qrip virusunun üç növünün, o cümlədən H1/N1 qripini müalicə edir.
Katexinlərin müxtəlif növləri arasında EGCG daha güclü anti-vurus təsirinə malikdir. EGCG yeni virus növünə də öldürücü təsir göstərir.
Hətta az miqdarda EGCG qripin hüceyrələrə təsirinin qarşısını alır. Bu, qripin profilaktikası və müalicəsi üçün nəzərdə tutulan amantadindən daha yaxşıdır.
Yaponiya alimlərinin fikrincə, yaşıl çay həm adi halda, həm dərman şəklində qripin müalicəsində müsbət rol oynaya bilər.

Ahıl adamlarda depressiyanın qarşısını alır

 
Yaşıl çay bütün digər müsbət xassələri ilə yanaşı, həm də yaşı 70-dən çox olan adamlarda depressiyanın qarşısını alır. Yaponiyanın Toxoku Universiteti alimlərinin apardıqları tədqiqatın nəticələri belədir.
Tədqiqatçıların fikrincə, yaşıl çay tərkibindəki amin turşularının hesabına sakitləşdirici təsir göstərir. Teanini bəzən “yaxşı əhval-ruhiyyə yaradan kimyəvi maddə” adlandırırlar. Yaşıl çayın həm də qan təzyiqini aşağı saldığı, habelə xərçəng xəstəliklərinin qarşısını alması da bildirilir. Qəhvə və ya qara çay belə effek vermir.

Qara ciyər fibrozuna qarşı mübarizə aparır

Cənubi Koreya hepatoloqları yaşıl çay cövhərinin qara ciyər fibrozundan müdafiə funksilarını təsdiq etmişlər. Qədim içki növünün təsiri qara ciyər xəstəliyi inkişaf edən laboratoriya siçovulları üzərində sınaqdan keçirilmişdir. Nəticədə təsdiq edilmişdir ki, yaşıl çay fibroz əleyhinə hepomüdafiə təsirinə malikdir. O, qara ciyər toxumlarında struktur dəyişikliklərinin, onların inkişafının və həddən artıq kollagen ifrazının qarşısını alır.

Digər faydaları:

- Xərçəngə tutulma riskini azaldır;
- Yemək borusu xərçəngini kişilərdə 57%,qadınlarda 60% qarşısını alır;
- Düzənli içilərsə,prostat xərçəngini 3 qat azaldır;
- Antioksidansır;
- Xolestrolu aşağı salır;
- Təzyiqi sabit hala gətirir;
- Qan şəkərini düzənləyir;
- Bakteriyaları öldürür;
- Qrip virusunu öldürür;
- Ağız qoxusunun qarşısını alır;
- Stresi azaldır;
- Yorğunluq və yuxulama halını ortadan qaldırır;
- Diş çürüməsinin qarşısını alır;
- Yaşlanmanı gecikdirir
URL / WWW
http://kelam.az/article/a-720.html