Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Fransa Senatının enerji araşdırma qrupunun həmsədrini qəbul edib
02.10.12 01:38

Prezident İlham Əliyev bu gün Fransa Senatının enerji araşdırma qrupunun həmsədri senator Ladislas Poniatovskinin başçılıq etdiyi senatorlar xanım Delfin Batay, Kristof-Andre Frassa və Jan-Klod Leniordan ibarət nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Fransa Senatının enerji araşdırma qrupunu təmsil edən senatorların ölkəmizə səfərinin Azərbaycan ilə Fransa arasında əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb. Fransaya bu yaxınlarda səfər etdiyini məmnunluqla xatırlayan prezident İlham Əliyev bildirib ki, prezident Fransua Ollandla görüşü və səfər zamanı keçirdiyi digər görüşlər Azərbaycan-Fransa münasibətlərinin strateji xarakter daşıdığını bir daha təsdiqlədi. Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın önəmini qeyd edən dövlət başçısı Fransa Senatı nümayəndələrinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da gücləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.Nümayəndə heyətinin bütün üzvlərinin Fransa Senatının enerji araşdırma qrupunu təmsil etdiyini vurğulayan Ladislas Poniatovski ölkələrimiz arasında mövcud əlaqələrin bütün sahələrdə, xüsusilə enerji sektorunda daha da genişləndirilməsində maraqlı olduqlarını deyib. Ladislas Poniatovski Azərbaycan prezidenti İlham Əliyevin Fransa Prezidenti Fransua Ollandla görüşən ilk prezidentlərdən biri olmasını xüsusi vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-7197.html