Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi
30.09.12 01:08

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan CXP lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib. “KƏLAMİNFO” “CNN Turk”ə istinadən xəbər verir ki, baş nazir Kılıçdaroğludan “öz ölkəsini, öz ölkənin mənafelərini qoruya bilməyən adama xain deyilir” sözlərinə görə 100 min lirə təzminat tələb edir. Ərdoğanın vəkilləri Əli Özkara, Müammər Camaloğlu və Bürhanəddin Sevəncanın hazırladığı iddia ərizəsində Kılıçdaroğlunun sentyabrın 27-də partiyasının “Birgə Çalışma Toplantısı”ndakı çıxışında Ərdoğanı təhqir etdiyini bildiriblər. Vəkillər Kılıçdaroğlunun tənqid və ifadə azadlığı sərhədlərini aşdığını qeyd ediblər: “Türk hüququnda ən ağır cinayət vətənə xəyanətdir. Qarşı tərəfin də xain kəlməsini vətənə xəyanət mənasında işlətdiyi açıq şəkildə ortadadır. Bu sözlərin bugünkü hüquq qaydaları qarşısında ağır cinayət ehtiva etdiyi çox açıqdır. Bu sözlərlə müdafiə etdiyimiz şəxs vətənə xainlikdə ittiham olunub. Bu da şərəf və ləyaqətə hücumdur”.
URL / WWW
http://kelam.az/article/a-7195.html