Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » 62 saylı məktəb-litseydən şagirdin şəhadətnaməsinin verilməməsinə aydınlıq gətirilib
29.09.12 15:08

Bəzi kütləvi informasiya vasitələrində Bakı şəhəri 62 saylı məktəb-litsey haqqında yazılar yer alıb. Bildirilir ki, məktəb-liseyin 9-cu sinfini bitirmiş Hüseynov Nurlan Ağayar oğlunun atası Hüseynov Ağayar Allahverdi oğlu övladının şəhadətnaməsini ala bilmədiyindən şikayətlənir. “KƏLAMİNFO” adıçəkilən məktəbin direktoru Mətanət Cabbarova ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirib. Direktor bildirib ki, “Təhsil haqqında” qanuna uyğun olaraq 9-cu sinfi bitirmiş hər bir şagirdə şəhadətnamə hər hansı bir təhsil müəssisəsində oxuyacağı təqdirdə təqdim oluna bilər: “Mütləq olaraq ən azından peşə məktəbində təhsilini davam etdirməlidir. Əks halda, 11 illik təhsil icbari olduğundan, şagird təhsilini oxuduğu və yaxud digər orta ümumtəhsil məktəblərinin birində davam etdirməlidir. Bəli, Hüseynov Ağayar Allahverdi oğlu övladının şəhadətnaməsini bizdən tələb edib. Biz də öz növbəmizdə qanunamüvafiq qaydada şagirdin təhsilinin davam etdirəcəyi təhsil müəssisəsindən arayış təqdim etməsini xahiş etmişik. Lakin Hüseynov oğlunun heç yerdə oxutmayacağını, evdə oturdacağını bildirdiyindən ona şəhadətnamə təqdim edilməyib. Valideynə dəfələrlə bu barədə müvafiq izahatlar verilməsinə baxmayaraq, bununla razılaşmadığını bildirin”. Hazırda Hüseynov Nurlan Ağayar oğlu məktəb-liseyin 10-cu sinif şagirdidir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin inspektoru Firudin Abbasov da qeyd edilənlərin qanunauyğun olduğunu təsdiq edərək bildirib ki, şagirdin sənədləri məktəbdən götürülürsə, mütləq hara getdiyi haqda arayış tələb olunmalıdır. Hər iki müsahibimiz məqalədə göstərilənlərin yalan və valideynin qanundan yayınmaq üçün məktəbin rəhbərliyini şantaj etmək məqsədilə iftira xarakterli məlumat yaydığı bildirir.
URL / WWW
http://kelam.az/article/a-7194.html