Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Turizm haqqında” qanun layihəsinə bəzi əlavələr edilib
29.09.12 15:04

Azərbaycanda turizmin inkişafı və normativ hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsi mütəxəssislərimiz tərəfindən hazırlanıb və ictimai müzakirəyə təqdim olunub. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib. Onun sözlərinə görə, layihə beynəlxalq turizm qanunlarına uyğunlaşdırılması məqsədilə tərcümə edilərək BMT-nin Ümumdünya Turizm Təşkilatına göndərilib: “ÜTT-nin ekspertlərinin rəyini nəzərə alaraq layihəyə müvafiq əlavələr olunub. Azərbaycan qanunvericiliyinə uyğun olaraq, yerli hüquqşünaslarla birgə yeni qanunla bağlı işin tamamlanması məqsədilə Ümumdünya Turizm Təşkilatının ekspertlərinin Azərbaycana dəvət olunması nəzərdə tutulub”.
URL / WWW
http://kelam.az/article/a-7190.html