Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bu il Azərbaycana gələn turistlərin sayında 7 faizdən çox artım olub
30.09.12 01:04

Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin sayı artmaqdadır. 2012-ci ilin ilk 6 ayının statistik göstəricilərinə əsasən belə obyektlərin sayı 506, respublika üzrə yataq yerlərinin ümumi sayı isə 31.850 təşkil edib. “KƏLAMİNFO” xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib. Onun sözlərinə görə, hazırda mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) əsasında 327, turizm fəaliyyətinə xüsusi razılıq (lisenziya) əsasında 210 turizm şirkəti fəaliyyət göstərir: “Bir sıra turizm şirkətləri mövcud bazarda rəqabətə davam gətirmədiyi üçün şirkətləri fəaliyyətini dayandırmış və ya lisenziyalarının müddətinin bitməsinə baxmayaraq, fəaliyyəti davam etdirmək üçün nazirliyə müraciət etməyib”. A.İsmiyev qeyd edib ki, 2011-ci ilin rəsmi statistik məlumatlarına görə, Azərbaycanda turizm sahəsində çalışan işçilərin sayı 7.739 nəfər təşkil edib. Nazirlik rəsmisinin sözlərinə görə, 2012-ci ilin ilk 6 ayı ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 1.088.823 nəfər təşkil edib ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 7,1% və ya 72.264 nəfər çoxdur: “Əlavə olaraq qeyd etmək olar ki, 2011-ci ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 2.239.141 nəfər təşkil edib, bunun da 1.836.226 nəfəri turistlərin payına düşür”.
URL / WWW
http://kelam.az/article/a-7189.html