Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov BƏƏ və Dominikanın xarici işlər nazirləri ilə görüşüb
29.09.12 15:04

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və Dominikanın axrici işlər nazirləri ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. E.Məmmədyarovun BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah Bin Zayed Əl Nahyan ilə görüşündə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti məmnunluqla qeyd olunub və gələcəkdə daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin göstərilməsi ilə bağlı razılıq əldə ediblər. Görüşdə BMT Təhlüksəzilik Şurasının gündəliyində duran məsələlər ətrafında da müzakirələr aparılıb. Bu gün E. Məmmədyarov həmçinin Dominikandan olan həmkarı Karlos Morales Tronkoso ilə də görüşüb. Görüşdə ölkələr arasında münasibətlər və bu münasibətlərin inkişafı ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər hər iki ökə arasında münasibətlərin inkişafında maraqlı olduqlarını və bu məqsədlə imkanların araşdırılmasının vacibliyini vurğulayıblar.
URL / WWW
http://kelam.az/article/a-7185.html