Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Yaqub Mahmudov elmi ezamiyyətdə olub
28.09.12 15:33

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov və institutun bir qrup əməkdaşı növbəti elmi ezamiyyətdən qayıdıblar. Tarix İnstitutundan “KƏLAMİNFO”ya verilən məlumata görə, bu günlərdə Şəkiyə səfər edən professor Yaqub Mahmudov Mirzə Fətəli Axundzadənin 200 illik yübileyi ilə əlaqədar beynəlxalq elmi simpoziumda və Şəkinin 2700 illiyinə həsr olunan bayram tədbirlərində iştirak edib. Səfər Y.Mahmudov tədbirlərdə Azərbaycan tarixində Mirzə Fətəli Axundzadənin rolu, Şəkinin tarixi və qədim mədəniyyəti haqqında məruzələrlə çıxış edib. Y.Mahmudov çıxışında bildirib ki, Şəki tarixən Azərbaycanın şimalı-qərbində dövlətçiliyimizin dayağı, mühüm siyasi, sosial-iqtisadi və mədəni mərkəz olub. Şəhərdəki nadir tarixi-memarlıq abidələri - karvansaraylar, məscidlər, minarələr, imarətlər, qala divarları, körpülər buranın qədim və özünəməxsus memarlıq üslubundan xəbər verir. Onun sözlərinə görə, bu gün Şəki şəhərinin milli memarlıq üslubunun qorunub saxlanması şərti ilə müasirləşdirilməsi qarşıda duran ən vacib vəzifələrdən biridir. Son bir il ərzində ölkə başçısı Şəkinin inkişafı ilə bağlı dörd sərəncam imzalayıb, üç dəfə bu qədim şəhərə səfər edib. Şəki hazırda böyük intibah dövrünü yaşayır. Qeyd edək ki, Tədbirlərdə Türkiyənin Konya şəhərinin Meram bələdiyyəsinin nümayəndələri, bu ölkənin tanınmış teatr, musiqi və rəqs kollektivləri, Qazaxıstan, Rusiyanın Başqırdıstan Respublikasından alimlər iştirak ediblər. Şəki şəhəri Türkiyənin Meram şəhəri ilə qardaşlaşıb.
URL / WWW
http://kelam.az/article/a-7179.html