Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ATİ-də Beynəlxalq Turizm Gününə həsr olunmuş tədbir keçirilib
28.09.12 01:28

Azərbaycan Turizm İnstitutunda (ATİ) Beynəlxalq Turizm gününə həsr olunan “Turizmin mədəniyyətlərarası dialoqda yeri və rolu” mövzusunda konfrans keçirilib. İnstitutdan “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbir həmçinin 2013-cü ilin mayında Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq formuna hazırlıq məqsədilə baş tutub. Konfransda ATİ-nin rektoru Cəfər Cəfərov və Dialoq Avrasiya Platformunun (DAP) Azərbaycan üzrə koordinatoru Mustafa Saatçı çıxışlarında davamlı turizmdə hər kəsin bir öhdəliyi olduğunu xüsusi qeyd ediblər. Turizmin mədəniyyətlərarası dialoqda yeri və rolu mövzusuna həsr olunan konfransda BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə nümayəndəsinin müavini Vəfa Səfərli, Çağ Ögretim işlətmələri idarə heyətinin sədri Dr.Enver Özerin, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğat müşaviri Seyit Ahmet Arslan, ATİ-nin dekanı Nəsirulla Nəsirli, İnstitutun dosenti Minaxanım Əsədova məruzə ilə çıxış ediblər.Sonda ATİ-nin rektoru Cəfər Cəfərov, Qafqaz Universitetinin rektoru Ahmet Sanıç Beynəlxalq Turizm Günü münasibətilə konfrans iştirakçılarını təbrik ediblər.
URL / WWW
http://kelam.az/article/a-7178.html