Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Əbülfəs Qarayev Vyanada avstriyalı həmkarı ilə görüşüb
27.09.12 15:28

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Vyanada Avstriyanın iqtisadiyyat, ailə və gənclər üzrə federal naziri Reinhold Miterlenerlə görüşüb. “KƏLAMİNFO”nun məlumatına görə, görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Nazir bildirib ki, Avstriya ilə Azərbaycan arasında turizm sahəsində əlaqələrin inkişafı üçün böyük imkanlar mövcuddur və Avstriyanın bir çox şirkətləri ölkəmizdə turizm infrastrukturunun qurulmasında yaxından iştirak edir. Qusar rayonunda qış-yay dağ-idman turist kompleksinin inşasında Avstriya şirkətlərinin iştirakını xüsusilə vurğulayan nazir Azərbaycan Turizm İnstitutu və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında turizm və asudə vaxt menecmenti üzrə bakalavr proqramına dair əməkdaşlıq sazişinin imzalandığını və bu istiqamətdə əlaqələrin inkişaf etdirildiyini nəzərə çatdırıb. Avstriyalı nazir isə Azərbaycanla turizm sahəsində əlaqələrin inkişafını vacibliyini qeyd edərək bu sahədə intensiv görüşlərin əhəmiyyətini vurğulayıb. Görüşdə iki ölkə arasında turizm sahəsində sazişin imzalanması və işçi qrupun yaradılması barədə razılıq əldə olunub.Ə.Qarayev həmçinin “Atlantis” şirkəti və Krems Universitetinin nümayəndələri ilə görüşlər keçirib, “Circle Diplomacy” jurnalına müsahibə verib.
URL / WWW
http://kelam.az/article/a-7177.html