Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Obama Məhəmməd peyğəmbər haqda filmin Amerikaya təhqir olduğunu deyib
27.09.12 02:18

ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasında etdiyi çıxışı zamanı Yaxın Şərqdə baş qaldıran zorakılıqlar və İranın nüvə proqramı məsələlərindən danışıb. Prezident çıxışında Məhəmməd Peyğəmbəri təhqir edən filmin nümayişindən sonra müsəlman dünyasında baş qaldıran zorakılıqları və bu səbəbdən Benqazidə ABŞ səfiri Kristofer Stivens və digər diplomatların qətlini qınayıb.

“KƏLAMİNFO” “CNN Turk”ə istinadən xəbər verir ki, ABŞ dövlət başçısı BMT nümayəndələrinə "hücumların BMT-nin ideallarına edildiyini" deyib və ABŞ diplomatik korpuslarına hücumları pisləyərək, ABŞ-ın İranın nüvə proqramının dayandırması yolunda əlindən gələni edəcəyinə vəd verib. O, İranla mübahisələrin diplomatik yolla həllinə hələ vaxt olduğunu, lakin bu vaxtın məhdudiyyətsiz olmadığını deyib. Prezident  deyib ki, Suriyada Əsəd rejimi sona çatdırılmalıdır. O, Suriyanın gələcəyinin diktator əlində olmaması barədə xəbərdarlıqla çıxış edərək, Əsəd rejiminin uşaqlar da daxil edilməklə, öz vətəndaşlarına divan tutduğunu bildirib. Barak Obama dünya liderlərini zorakılıqlar və ekstremizmlə mübarizəyə səsləyərək, dünyanın yalnız tolerantlıq və azadlıq şəraitində irəliləyə biləcəyini bildirib.
URL / WWW
http://kelam.az/article/a-7172.html