Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Təmiz Şəhər” ASC tullantıların idarə olunması sahəsində gəncləri maarifləndirir
26.09.12 20:18

“Təmiz Şəhər” ASC “Təbiət Dostları” Gənclər İctimai Birliyinin “Yaşıl Həftə - 2012” kampaniyasında iştirak edib. ASC-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, “Təmiz Şəhər” ASC-nin  Layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov “Yaşıl İçki” tədbirində tullantıların idarə olunması mövzusunda gəncləri məlumatlandırıb. “Tullantıların idarə edilməsi” mövzusuna həsr edilmiş görüşdə iştirakçılara tullantıların zərərsizləşdirilmə üsulları, ölkəmizdə bu sahədə əldə edilən nailiyyətlər və gənclərin bu sahədə rolundan bəhs edilib. Həmçinin, “Təmiz Şəhər” ASC-nin Balaxanı poliqonunun təkmilləşdirilməsi və müasir standartlara uyğun qurulması sahəsində gördüyü işlər, artıq sınaq rejimində fəaliyyət göstərən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun iş mexanizmi və ilin sonunda istismara veriləcək Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında geniş məlumat verilib.
“Təmiz Şəhər” ASC-nin nümayəndəsi həmçinin tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb və gəncləri ətraf mühitin mühafizəsi sahəsində daha aktiv fəaliyyətə çağırıb.
URL / WWW
http://kelam.az/article/a-7171.html