Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Medianın gücü onun məsuliyyətindədir
26.09.12 23:18

Bu gün Bakıda keçirilən “Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar” adlı beynəlxalq konfrans öz işini davam etdirib. “KƏLAMİNFO” xəbər verir ki, konfransın ikinci günü panellərlə davam edib.

Böyük Britaniya Milli Jurnalistlər İttifaqının eksperti Arjuman Vajid bildirib ki, Azərbaycan mediası Qərb mətbuatının səhvlərindən öyrənərək bunu təkrarlamamağa çalışmalıdır. Ekspert “Etik media mühitinin inkişafında jurnalist ittifaqlarının rolu” mövzusunda etdiyi təqdimatda Britaniyada jurnalist həmkarlar təşkilatlarının bayağı, qeyri-etik şəkillərlə və  məlumatlarla oxucu cəlb edilməsi ilə apardığı mübarizədən danışıb. A.Vajid deyib ki, medianın gücü onun məsuliyyətində, onun cəmiyyəti məlumatlandırması, ölkədəki cari durumun qiymətləndirməsindədir: “Medianın vəzifəsi həm qərar qəbul edən yuxarı idarəçilik orqanlarını cəmiyyətin problemləri barədə məlumatlandırmaq, həmçinin ölkənin bir hissəsində baş verən hadisələrlə digər hissədəki insanları məlumatlandırmaqdır”. O həmçinin bildirib ki, jurnalistlərin davranışlarını yoxlayarkən onların iş mühiti, onlara qarşı olunan təzyiqlərə fikir vermək lazımdır: “Jurnalistlərin azadlığa, kommersiya təzyiqindən qorunmağa ehtiyacı var”. A.Vajid həmçinin Azərbaycanda qadınların ictimai həyatda daha aktiv olmasını arzulayıb. “Mən 20 ildir Azərbaycana gəlirəm, burada keçirilən beynəlxalq konfranslarda iştirak etmişəm,  amma yenə də bu tədbirlərdə qadınların aktiv iştirakını görmürəm”.
Qeyd edək ki, Bakıda keçirilən iki günlük konfrans “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” layihəsi çərçivəsində təşkil olunur.
URL / WWW
http://kelam.az/article/a-7170.html