Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Arjuman Vajid: “Dünya mətbuatının gündəmində artıq Dağlıq Qarabağ problemi yoxdur”
26.09.12 20:18

“Bu gün dünya ictimaiyyətinin, mətbuatının gündəmində artıq Dağlıq Qarabağ problemi yoxdur. Artıq dünya gündəmində əsas məsələ Suriya, ondan əvvəl Liviya və ondan da əvvəl İraq olub”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakıda keçirilən “Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar” adlı beynəlxalq konfransda Böyük Britaniya Milli Jurnalistlər İttifaqının eksperti Arjuman Vajid bildirib.

O qeyd edib ki, baxmayaraq ki, Dağlıq Qarabağı o da əsl faciə, problem kimi qəbul edir, artıq Dağlıq Qarabağ əvvəlki kimi dünya ictimaiyyətinin gündəm mövzusu deyil: “Azərbaycanla yanaşı Pakistanda da belə problemlər var, amma orada da yerli mətbuatın səsinə dünyadan o qədər cavab gəlmir. Çünki dünyanın diqqəti indi ərəb ölkələrindədir. Biz dünya jurnalistlərini təəssüf ki, maddi təminat problemlərimiz maraqlandırır, ona görə də biz daha çox bu kimi mövzuları ön plana çəkirik. Elə mənim iki gün sonra Londonda iştirak edəcəyim konfransda da əsasən bu mövzu olacaq, ikinci yerdə də yəqin ki ərəb ölkələrində baş verənlər, orada jurnalistlərin yaşadığı təhlükələr olacaq”. A.Vajid onu da deyib ki, əgər Azərbaycan jurnalistləri Dağlıq Qarabağla bağlı nəsə irəli sürsələr, dünya miqyasında dəstək verməyə hazırdır.
URL / WWW
http://kelam.az/article/a-7169.html