Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “ASAN Xidmət” mərkəzlərində həyata keçiriləcək xidmətlər açıqlandı
26.09.12 20:18

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən bir sıra xidmətlər həyata keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Agentliyin sədri İnam Kərimov bildirib. Onun sözlərinə görə bunlar aşağıdakılardır: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, doğumun qeydə alınması, ölümün qeydə alınması, nikahın qeydə alınması, nikahın pozulmasının qeydə alınması, övladlığa götürmənin qeydə alınması, atalığın müəyyən edilməsinin qeydə alınması, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin (təkrar şəhadətnamələrin) verilməsi, notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi, gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirilmələri üçün sənədlərin qəbulu, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə, habelə daimi yaşamaq üçün immiqrant statusunun əldə edilməsi ilə bağlı sənədlərin verilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, dövlət orqanlarının göstərdikləri bütün xidmətlər üzrə informasiya xidmətinin həyata keçirilməsi.
Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının nümayəndəsi Gülər Əhmədova ilə bağlı məsələyə münasibət bildirib
Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının nümayəndəsi Vüsal Hüseynov deputat Gülər Əhmədovanın yayılmış videosuyla bağlı məsələyə münasibət bildirib. "KƏLAMİNFO" xəbər verir ki, V.Hüseynovun sözlərinə görə, məsələ ilə bağlı müvafiq orqanlardan yəqin ki reaksiya gələcək: "Mən həmin videoya baxmamışam, lakin məsələnin mahiyyətindən xəbərim var. Azərbaycanda Baş prokuror yanında korrupsiya üzrə mübarizə həyata keçirən qurum var. Əgər hər hansı mətbuatda və yaxud ictimaiyyətdə hər hansı məlumat olarsa, ya onların bununla bağlı şikayəti olmalıdır, ya onlar reaksiya verməlidir. Hesab edirəm ki, hər hansı bir belə məsələ, varsa aidiyyəti qurumlar tərəfindən reaksiya veriləcək".
URL / WWW
http://kelam.az/article/a-7168.html