Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanda keçirilən “Türkiyə həftəsi”nə yekun vurulub
26.09.12 20:17

Azərbaycanda keçirilən “Türkiyə həftəsi”nin yekunlarına dair mətbuat konfransı keçirilib. “KƏLAMİNFO”nun məlumatına görə, mətbuat konfransı  Prezident yanında Strateji Araşdırmalar Mərkəzində baş tutub.

Konfransda çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, “Türkiyə həftəsi” çərçivəsində Türkiyə və Azərbaycan “beyin mərkəzləri”nin nümayəndələri, millət vəkilləri, universitet müəllimləri və media işçilərindən ibarət nümayəndə heyəti Gəncə, Lənkəran və Ağdam şəhərlərində rəsmi səfərdə olublar. Görüşlər zamanı “Tarixdən günümüzə: Türkiyə-Azərbaycan münasibətləri” və  “Azərbaycan-Türkiyə münasibətləri regional kontekstdə” mövzuları ətrafında müzakirələr aparılıb. Görüşlərdə Türkiyədən gələn nümayəndə heyəti məcburi köçkünlərlə də görüşüb, onların problemləri ilə maraqlanıblar. Onun sözlərinə görə, belə görüşlər və müzakirələrin keçirilməsinin əsas məqsədi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına dəstək vermək, qarşılıqlı olaraq Azərbaycan və Türk ictimaiyyətini hər iki dövlət  haqqında məlumatlandırmaqdır: “İctimaiyyət də hər iki dövlət haqqında məlumatlı olmalıdır. Bunun üçün əməkdaşlığımız daha da genişlənməlidir. Biz maraqlarımızı da  dəqiq bildirməliyik”.  O, 2011-ci ilin oktyabr ayında SAM-ın Türkiyənin Trabzon, Qars, İqdır, Ərzurum və Konya səhərlərində “Azərbaycan həftəsi” keçirdiyini xatırladıb. Bu görüşlərdə 1000-ə yaxın nümayəndə iştirak edib.
Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin direktoru prof. Dr. Bülent Aras Azərbaycanda keçirdikləri görüşlərdən bəhs edib, bu görüşlərin gələcəkdə də davam etdiriləcəyini söyləyib. Məcburi köçkünlərlə görüşlərinə toxunan B.Aras bildirib ki, məcburi köçkünlər tezliklə öz doğma torpaqlarına qayıtmaq arzusundadırlar. O, buradakı insanların  Azərbaycanla yanaşı, Türkiyəyə də böyük sevgisinin olduğunu  qeyd edib. O, hər iki ölkə ictimaiyyətinin bir-birinə daha da yaxın olmasının vacibliyini qeyd edib,
Qeyd edək ki, nümayəndə heyəti ilə Bakıda bir sıra qurumlarda görüşlər keçiriləcək. Qonaqlar sonra Naxçıvana gedəcəklər.
URL / WWW
http://kelam.az/article/a-7166.html