Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK Azərbaycanı Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın illik konfransında təmsil edib
26.09.12 17:35

Sentyabrın 16-dan 21-dək Qazaxısatanın paytaxtı Astanada Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA- International Association for Educational Assessment) illik 38-ci konfransı keçirilib. Konfransda Azərbaycanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nümayəndə heyəti təmsil edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. ”Təhsil müəssisələri və fərdlərə müsbət təsir edən qiymətləndirmə prosedurlarının layihələndirilməsi” mövzusunda keçirilən konfransda dünyanın 40-dan çox ölkəsindən 316 nümayəndə iştirak edib. Tədbirdə TQDK-nın şöbə müdirləri - Natiq Əliyev, Afiqə Batıyeva, Nəriminə Məmmədova, aparıcı məsləhətçi Aydın Qasımov və məsləhətçi Xanlar Xanlarzadə iştirak ediblər. Sentyabrın 18-də keçirilən sessiyada TQDK-nın şöbə müdiri Afiqə Batıyeva “TQDK-da yoxlama-ölçmə matereallarının hazırlanmasının inkişaf dinamikası” mövzusunda çıxış edib. A.Batıyeva TQDK-nın 1992-2012-ci illərdəki fəaliyyətindən geniş söz açıb, test suallarının məzmununa qoyulan tələblər, hazırlanması qaydası, qiymətləndirilməsi məsələlərinə toxunub. “Magistratura səviyyəsinə qəbulda ixtisas üzrə yazı işlərinin qiymətləndirilməsi” mövzusunda çıxış edən Xanlar Xanlarzadə qiymətləndirmə meyarları və qaydaları haqqında danışıb. Beynəlxalq konfransda digər ölkələrdən olan mütəxəssislərin testlərin hazırlanma texnologiyası, qiymətləndirmə və məsuliyyət, beynəlxalq qiymətləndirmələrin nəticələrindən istifadə, qiymətləndirmə sistemlərində keyfiyyətə təminat, beynəlxalq qiymətləndirmə standartlarının araşdırılması və sair mövzularında məruzələri dinlənilib, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
URL / WWW
http://kelam.az/article/a-7163.html