Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Mədinədə Peyğəmbər məscidi genişləndirilir
25.09.12 16:35

Səudiyyə Ərəbistanı kralı Abdulla Mədinədə yerləşən Məscid əl-Nəbavinin ərazisinin genişləndirilməsi layihəsinin reallaşması barədə qərar qəbul edib. “KƏLAMİNFO” “Agence France-Presse”ə istinadən xəbər verir ki, genişlənmə nəticəsində məscidə 1,6 min. insanın daxil olmasına imkan yaranacaq. Yəni onun ərazisi üç dəfə böyüyəcək. Layihənin nə vaxt reallaşacağı bəlli deyil. Ancaq o bəllidir ki, yeni torpaqların əldə olunmasına 6,6 mlrd. dollar sərf olunacaq. Bu məscid Məkkədəki Məscid əl-Haramdan sonra müsəlmanların ən müqəddəs yeridir. Məscid əl-Nəbavinin yerləşdiyi ilk məscid hələ Məhəmməd Peyğəmbərin (s) zamanında, 622-ci ildə tikilib. Məscidin ərazisində peyğəmbərin qəbri də yerləşir. 2012-ci ilin əvvəlində krallıq Kəbənin yerləşdiyi Məscid əl-Haram məscidinin genişlənməsinə qərar verib. Bu layihə isə 21,33 mlrd. dollarlıqdır. Onun genişlənməsindən sonra ora gələnlərin sayı 1,5 mln. nəfərə çatacaq.
URL / WWW
http://kelam.az/article/a-7162.html