Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Zərdabi Mətbuat Mərkəzi və “Sport favorit” qəzeti yeni layihənin icrasına başlayıb
25.09.12 17:35

Zərdabi Mətbuat Mərkəzi “Sport favorit” qəzeti ilə birgə “İdman mövzusu Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsinin icrasına başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, ZMM sədri Rəhim Hüseynzadə açıqlanmasında yeni layihənin reallaşdırılmasını şərtləndirən cəhətlərə aydınlıq gətirib. O əlavə edib ki, idman mövzusuna bütün aparıcı, müntəzəm yayımlanan KİV-lər yer ayırır: “İlk baxışda mövzunun işıqlandırılması vəziyyəti qənaətbəxş təsiri bağışlayır. Doğrudur, məsələyə yanaşmada ixtisaslaşmış idman KİV-lərinin də problemləri mövcuddur. Lakin Zərdabi Mətbuat Mərkəzinin ölkənin 25 qəzet və 9 informasiya agentliyində apardığı monitorinqlər onlarda daha çox həllini gözləyən problemin olduğunu aşkarlayıb”. O açıqlayıb ki, futbol və bəzi olimpiya oyunları istisna edilməklə əksər idman növləri medianın demək olar ki, diqqətindən kənarda qalır. Qəzetlərdə gedən materialların böyük qismi xəbər portallarından götürülür. Mövzular əsasən xarici ölkələrin idman həyatı ilə bağlı olur. Təbliğedici, təşviqedici məqalələrə nadir hallarda rast gəlinir. Problemlərə və onların həlli yollarına demək olar ki, toxunulmur. Arzulanan təşəbbüskarlığın, yaradıcı mühitin nəzərə çarpmamasını, termin, dil, üslub xətalarını da bura daxil etmək mümkündür. R.Hüseynzadə bildirib ki, layihə sadalanan problemlərin həllinə dəstək məqsədi daşıyır. ZMM sədri bu il sentyabrın 1-dən başlayan layihənin iki mərhələli olacağını deyib. Birinci mərhələ dörd ayı əhatə edəcək.
URL / WWW
http://kelam.az/article/a-7160.html