Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Ədəbiyyat » QƏSİDƏ
02.02.10 15:44

Aləm içrə mətləyi ənvar sənsən ya Əli Çərxi izzət sabiti səyyar sənsən ya Əli
  «Kuntu kənzən məxfiyyən əhbəbtu ən öörəf» deyən Kəlməyi-həqq sahibi güftar sənsən ya Əli   Zati-pakindür məşiyyət xəlqi qıldın aləmi Eyləyən afaqi yoxdan var sənsən ya Əli   Aləmə məlul biillət vücudundur sənun İllətə nə günbəd dəvvar sənsən ya Əli   Sən zühur oldun cahanə zahir oldu zat həqq Zat həqqi eyləyən izhar sənsən ya Əli   Aləmu Adəm tefil zat pakundur sənun Sadiru əvvəl şəhi-əbrar sənsən ya Əli   Tövbəyi Adəm sən ilə oldu aləmdə qəbul Nəqsi yoxdur söyləsəm Ğəffar sənsən ya Əli   Xatib «ya nar kuni» sənsən ey nur Xuda Nar nəmrudi qılan gülzar sənsən ya Əli   Oldi Nuhə fulk məşhun üzrə lütfün Naxuda Hin tufan məmtər əmtar sənsən ya Əli   Salihə qıldın ətalar nağə səng xarədən Qovm Adə sərsər qəhhar sənsən ya Əli   Verdi Əyyub tənəfkarə şəfa lütfün sənun Yunisə bətn səməkdə yar sənsən ya Əli   «Rəbb ərini» söylədi Musa əgərçi Turudə Ol təcəlladən oldiyi didar sənsən ya Əli   Didəyi Yəqubə verdi feyz didarun ziya Yusifə zindan ara dildar sənsən ya Əli   Zindəyi ənfas pakündür məsihalər sənün Aləmi əhya edən sərdar sənsən ya Əli   Nitq pakindür sənun «eynən tüsəmma səlsəbil» Cənnət içrə təcriyil-ənhar sənsən ya Əli   Qoydun ey nur Xuda mehr nübuvvət üstə pa Kbədən bütlər yıxan huşyar sənsən ya Əli   Qətl mərhəbdə sənə həqdən yetişdi mərhaba Qatilul-kuffar vəl əşrar sənsən ya Əli   Cinni-insun taətindən əfzəl oldi zərbətun Ruz xəndəq qatil kuffar sənsən ya Əli   Kimdu kim Əmr ibni Əntər zərbuvə tab eyləsun Şir Davər qüdrət Cəbbar sənsən ya Əli   Ey şəh Xeybərguşa  sultan iqlim səxa Vəqt bəxşiş qıl zəmu zuxxar sənsən ya Əli   Yar ğar oldi Rəsul gərçi ğeyri zahirən Batinən ol şahə yar ğar sənsən ya Əli   Hər peyəmbər batinində batin idi batinün Yar faş Əhməd Muxtar sənsən ya Əli   Çox bəlalar çox dəf qıldın Əhməd Məhmudidən Dafe dərdü-qəm bisyar sənsən ya Əli   Eylədün sərh ğürər yeri Süleymana əta Ləhli Davudun nükatu varu sənsən ya Əli   Çərx fəzl qədr burc kokəb ehda əşər Bəhr pak löliyi şəhvar sənsən ya Əli   Olmamışdı qalib Adəm muxəmmər tinidən Zat həqqə eyləyən iqrar sənsən ya Əli   Sənsən Adəm, həzrəti Adəm sənə fərzənddur, Nöqtəi «səlsal kəlfəxxar» sənsən ya Əli,   Gülşən bağ risalətdə gül idi Fatimə, Ol gülün ətrin alan əttar sənsən ya Əli.   Olmasaydın olmaz idi kimsə kuffun Fatimə, Küffu ol siddiqeyi əthar sənsən ya Əli.   Həmlə üstən həmlə izhar eyləyən kafirlərə, Xəsm əfkən heydər kərrar sənsən ya Əli.   Fazil Şirvaniyan kim nəsl pakundur sənun, Zat pakunda olan asar sənsən ya Əli.   Lütf həqq ağayi-ağayan ağa Seyid Əli, Sanki Şirvandan bizə ğəmxar sənsən ya Əli.   Seyyidin nitqi-kəlami, fikri-zikri, ruzi-şəb, Təbu muzunundakı əşar sənsən ya Əli.   Bir kəlaf ilə gəlir seyid sənun bazaruva, Bu əcuzə Yusif bazari sənsən ya Əli.   Bir yüzü qarə qulundur bipənah dərbədər, Qoyma xar olsun şəhi əbrar sənsən ya Əli.
URL / WWW
http://kelam.az/article/a-716.html