Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Gənc jurnalistlər proqramı” çərçivəsində AİPS rəsmisi Layma Canusonite ilə görüş keçirilib
26.09.12 17:35

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS), Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Olimpiya Komitəsinin Bakıda təşkil etdiyi “Gənc jurnalistlər proqramı” layihəsi çərçivəsində bu gün AİPS-in vitse-prezidenti Layma Canusonite ilə görüş keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, L.Canusonite planetin ən böyük idman tədbiri olan Olimpiya oyunlarını işıqlandırmağın jurnalistlər üçün o qədər də asan olmadığını səsləndirib: “Eyni vaxtda müxtəlif idman infrastrukturunda bir neçə yarış keçirilir. Yarışda qalib və məğlub olan idmançıya yanaşma tərzi tam fərqli olur”. L.Canusonite XXX London Yay Olimpiya Oyunlarında jurnalistlər üçün yüksək səviyyədə şərait qurulduğunu vurğulayıb. Vitse-prezident ölkəmizdə keçirilən futbol üzrə FİFA U-17 qadınlararası dünya çempionatına da toxunaraq, yüksək səviyyəli təşkilatçılıqdan danışıb. Qeyd edək ki, 23 günlük “Gənc jurnalistlər proqramı” layihəsinə AİPS-in 5 qitədən 19-25 yaşlar arasında gənc jurnalistlərdən seçdiyi 20 nəfər cəlb olunub. Xarici jurnalistlər Bakıda 17 yaşadək qadınlararası futbol üzrə dünya çempionatının keçirildiyi 23 gün ərzində qarşılaşmaları birlikdə izləyəcək və hər biri öz ölkəsində təmsil etdiyi media qurumu üçün məqalələr hazırlayacaq. Xatırladaq ki, onlar Bakıda Yerli Təşkilat Komitəsinin seçdiyi azərbaycanlı həmkarları ilə birgə çalışırlar.
URL / WWW
http://kelam.az/article/a-7159.html