Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Xaricdə təhsil almağa göndəriləcək tələbələrin sayı artırılacaq
26.09.12 03:35

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu il 500 nəfərdən artıq azərbaycanlı tələbə xaricdə təhsil almağa göndəriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə təhsil nazirinin müavini Qulu Novruzov deyib. Onun sözlərinə görə, növbəti ildə dövlət xətti ilə daha çox tələbənin xaricə təhsil almağa göndərilməsi planlaşdırılır. Q.Novruzov deyib ki, bu il xaricdə təhsil alan tələbələrin sayı xeyli artıb. Onun sözlərinə görə, ötən il xaricə göndərilən tələbələrin sayı 421, ondan əvvəlki il isə 300-dən artıq olub. Bu il 500-dən artıq olacaq, növbəti ildə isə say daha da artırılacaq.
URL / WWW
http://kelam.az/article/a-7158.html