Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanır
26.09.12 03:35

Bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. İclasda bir sıra məsələlər müzakirə olunub. Komitə sədri Ziyafət Əsgərov bildirib ki, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi hazırlanır. Onun sözlərinə görə, qanun layihəsi komitənin payız sessiyasının qanunvericilik işləri planına salınıb. Z.Əsgərov deyib ki, onlara daxil olan qanun layihələri ilə bağlı müvafiq qurumlardan rəylər alınır və onlar rəylər nəzərə alınmaqla yenidən işlənir: “Proses başa çatdıqdan sonra layihələr komitədə müzakirəyə çıxarılır və bundan sonra parlamentə tövsiyə olunur. Bu dəfə də məhz bu cür olacaq”. Birinci vitse-spiker sonra qeyd edib ki, “Hərbi qulluqçuların statusu haqında” qanun layihəsində hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatı məsələləri daha geniş əksini tapacaq: “Çünki “Hərbi qulluqçuların statusu haqqında” mövcud qanun ötən əsrin 90-cı illərində qəbul olunub və təkmilləşdirilməsinə böyük ehtiyac var”. İclasda eyni zamanda, parlamentin yaz və növbədənkənar sessiyalarında görülən işlərin hesabatı da verilib. Bildirilib ki, hər iki sessiyada komitədə 4 qanun layihəsinə baxılaraq parlamentə tövsiyə olunub. Müzakirələrdən sonra millət vəkilləri yaz və növbədənkənar sessiyaların hesabatını qəbul edib, işlər planını təsdiqləyiblər.
URL / WWW
http://kelam.az/article/a-7153.html