Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Qobustan qəsəbəsində orta məktəbin açılışında iştirak edib
25.09.12 17:35

Prezident İlham Əliyev Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində 330 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Prezident İlham Əliyevin 2011-ci il aprelin 6-da imzaladığı sərəncamla qəsəbədə 800 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün iki milyon manat vəsait ayrılıb. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Prezidentinə məlumat verib ki, ümumi sahəsi 2,5 hektar olan məktəbin üçmərtəbəli binasında hər cür şərait yaradılıb. Məktəbdə 48 sinif otağı vardır. Burada, həmçinin 96 yerlik akt zalı, kitabxana, hərbi vətənpərvərlik otağı, fizika, kimya, biologiya və digər fənlərin tədrisi üçün laboratoriya və kabinetlərlə yanaşı, diş həkimi, psixoloq otaqları da fəaliyyət göstərir. Məktəbin həyətində geniş abadlıq işləri aparılmış, futbol, voleybol və basketbol meydançaları yaradılıb. Dövlət başçısı məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirib.
URL / WWW
http://kelam.az/article/a-7152.html