Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Ələt qəsəbəsində yenidən qurulan poliklinikanın açılışında iştirak edib
25.09.12 17:35

Prezident İlham Əliyev Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yenidən qurulan 32 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib. Ötən il martın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə dövlətimizin başçısı paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi. Verilən tapşırıqların icrası ilə yerindəcə tanış olmaq üçün ötən il aprelin 4-də Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrində olmuşdu. Dövlət başçısı Ələt qəsəbəsində olarkən sakinlər poliklinikanın yenidən qurulması barədə xahiş etmişdilər. Prezident İlham Əliyevin 2011-ci il aprelin 6-da imzaladığı sərəncamla Qaradağ Rayon İcra Hakimiyyətinə altı milyon manat, o cümlədən Ələt qəsəbəsində 32 saylı şəhər poliklinikasının yenidən qurulması üçün bir milyon manat vəsait ayrılmışdı.“KƏLAMİNFO” xəbər verir ki, Ələt qəsəbəsinə gələn Prezident İlham Əliyev poliklinikanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən şəkillərdən ibarət stendə baxıb. Dövlət başçısı poliklinikanın rəmzi açılışını bildirən lenti kəsib. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Prezidentinə məlumat verib ki, poliklinikanın 1970-ci illərdə inşa olunmuş birmərtəbəli binası istifadəyə yararsız vəziyyətdə idi. Hazırda müasir standartlara cavab verən ikimərtəbəli yeni binada xəstələrin müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb. Azərbaycan Prezidenti poliklinikada yaradılmış şəraiti yüksək qiymətləndirib, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi ilə bağlı tapşırıqlarını verib.
URL / WWW
http://kelam.az/article/a-7151.html