Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Ədəbiyyat » QƏSİDƏ (Mövla Əli (ə) haqqında)
02.02.10 15:44

Kəbəyi həqdə məqam basəfasən ya Əli

Məşərü miğatu ərkanü minasən ya Əli


Məsçidi əqsadəsən oldun İmami-əmbiya

Əmbiyavü olviyada Pişivasən ya Əli

Batinü Peyğəmbər idi, batinin ey sirri Həqq

Muqtadasən, müqtədayi əmbiyasən ya Əli

Mərhəbun qətlində gəldi suyi Həqdən mərhəba

Dəhridə müstucubi səd mərhəbasən ya Əli

Nuri ruxsarindən oldu dəhri nurani tamam

Məniyi ayati «şəmsi və zuha»sən ya Əli

Nazil oldu şəninə «hinün minətdəhr» ayəsi

Sənsən asan ifhişaru «hələta»sən ya Əli

Kəşfi islama kifayət eylədi bir zərbətun

Nasiri din padşahi «qulkəfa»sən ya Əli

Sailin etdin rukuində əta ənguştərin

Oldu zahir kim vəliyyu «innəma»sən ya Əli

Müjdəyi didari idi  həqq verdi əhli cənnətə

Aləmə mənzur olan vəch liqasən ya Əli

Eyni mişkat  ayəsi «Allahu nurun» məzhəli

Məzhər ənvar həqq nur Xudasən ya Əli

Qisseyi meraci sən nəql eylədin Peyqəmbərə

Məhrəm sirr hərim Kibriyasən ya Əli

Hökmünə yeksəl müsəxxərdür sənin cinnü pəri

Səndədir xatəm Süleyman səxasən ya Əli

Xilqətü aləmdən ey movla vücudundur qərəz

İllətü ğaiyyi cümlə masəvasən ya Əli

Sən də var ey şahi aləm dərd üsyan çarəsi

Aləmin dərdinə billah sən dəvasan ya Əli

Hikməti feyzünlə sən çox misləri zərr eylədin

Cövhəri iksiri-əzəm kimyasən ya Əli

Bəxş qıldın sailə ta kim qətar nağəni

Söylədi Qəmbər ki dəryayi ətasən ya Əli

Əl aman ey şahi dəryadil məni eylə əta

Xaki payindən məni etmə cüda sən ya Əli

Dəşti ərzəndə səni Salman çağırdı dadinə

Şir əlindən eylədün aldun rəha sən ya Əli

Həzrəti Haruna sən etdin xilafət bixilaf

Eylədün Musa əsasin əjdaha sən ya Əli

Rəhlət Peyqəmbər axir zamandan sonra çox

Sahati-aləmdə gördün ibtilasən ya Əli

Biət üçün gah bağlandı yədullah qolların

Gahi qaldın bikəsü biəqrabasən ya Əli

Gah düşərsən müşkülatü dəhrə ey Müşkülgüşa

Gah zəmanə əhlinə Müşkülgüşasən ya Əli

İki fərzəndi giramidü Şübeyrü Şəbbərün

Səfhəyi tovratidə sən İlyasan ya Əli

Adını vermiş nişan incilü tovratu zəbur

Şəkki yox kim şahi aləm Şintiyasan ya Əli
URL / WWW
http://kelam.az/article/a-715.html