Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Lukaşenko müxalifətə xəbərdarlıq edib
24.09.12 19:40

Belarus prezidenti Aleksandr Lukaşenko ölkə müxalifətinə bazar günü parlament seçkilərinin əleyhinə aksiya keçirməməklə bağlı xəbərdarlıq edib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Lukaşenko müxalifət üzvlərini qorxaq adlandıraraq, onların xalqa deməyə sözü olmadığını bildirib. Belarus prezidenti deyib ki, bütün dünya ölkədə onun sözləri ilə “darıxdırıcı” seçkilərdən razı qalmalıdır və əlavə edib ki, seçkilər inqilab və üsyan olmadan keçib. Ölkə rəsmiləri müxalif namizədlərin demək olar ki, heç birinin bazar günü parlament seçkilərində iştirakına imkan verməyib. Müxalifət partiyaları xalqı səsverməyə getməməyə çağıraraq, seçkilərə baykot etməyə səsləyib. Belarusun Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, səsvermədə seçicilərin 66 faizi iştirak edib. Lakin şahidlər və müşahidəçilərin bildirdiyinə görə, seçki məntəqələrində seçki fəallığı müşahidə edilməyib. Birləşmiş Ştatlar prezident Lukaşenkonu Avropanın söz azadlığı və insan hüquqlarını pozan, müxalifəti əzib seçkiləri saxtalaşdıran son diktatoru adlandırıb.
URL / WWW
http://kelam.az/article/a-7149.html