Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Biz Regionlarda AİDS Görmürük” layihəsinə start verilib
24.09.12 19:40

“Azad Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə "Biz Regionlarda AİDS Görmürük" adlı layihənin icrasına başlayıb. Layihənin əsas məqsədi "Biz Regionlarda AİDS Görmürük" adlı Gənclər Kompaniyası aparmaqla gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və onları əsrin təhlükəli xəstəliyi hesab olunan AİDS-dən qorumaqdır. İB-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya daxil olan məlumatda bildirilir ki, sözügedən layihə Qax və Şəki rayonunda uğurla həyata keçirilib. Bundan əlavə, kampaniya 2 ay müddətində Azərbaycanın dörd bölgəsində - Şəki, Qax, Qəbələ və Zaqatala rayonlarında həyata keçiriləcək. Layihə zamanı hər bir regionda seçilmiş gəncin iştirakı ilə xüsusi seminarlar və kampaniyalar təşkil olunacaq. Sonda hər bir seminarda iştirak etmiş aktiv gənclər seçilərək "Biz Regionlarda AİDS Görmürük" adlı Gənclər Kampaniyasını öz yaşadıqları icmada da davam etdirmək üçün məlumatlandırılacaq. Eyni zamanda, bu layihənin nəticəsi olaraq Azərbaycanın qeyd olunan rayonlarında sağlam həyat tərzi uğrunda aparılacaq profilaktik tədbirlər, maarifləndirmə və təbliğat işlərinin ölkəmizin digər regionunda davam etdirilməsi və bununla bağlı yeni layihənin hazırlanması da nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-7147.html