Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: Müxalifətlə münasibətlərimizin yaxşı olmasında maraqlıyıq
24.09.12 19:40

“Biz hətta opponentlərimiz hesab olunan müxalifətlə də münasibətlərimizin yaxşı olmasında maraqlıyıq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ANS TV-nin “Hesabat” proqramına müsahibəsində deyib. Bəlli ümummilli məsələlərdə müxalifətlə təkliflərinin bir nöqtəyə vurulmasının tərəfdarı olduqlarını bildirən Əli Həsənov bir çox halda müxalifətin bu kimi məsələlərdə hakimiyyətlə həmrəy olmamasından təəssüfləndiyini bildirib: “Dəfələrlə Azərbaycana beynəlxalq təzyiqlər olub, müxalifət isə bundan bayram kimi istifadə edib, öz mətbuat orqanlarında bu məsələləri daha çox tirajlayaraq şişirdiblər. Belə məsələlərdə ilk növbədə günah müxalifətdə olub. Ramil Səfərov məsələsində isə müxalifət məcbur olub YAP-ın çağırışına qoşuldu. Ona görə ki, xalqın gözündən düşməkdən, xalqla aralarında olan mövcud uçurumun daha da dərinləşməsindən qorxdular”. Əli Həsənov bundan sonra digər məsələlərdə də müxalifəti çağıracaqlarını bildirib.
URL / WWW
http://kelam.az/article/a-7145.html