Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Həsənov: Hərbi qüvvələrin bölgədə güc nümayişi Azərbaycanın regional sülh prinsiplərinə uyğun gəlmir
25.09.12 02:40

İstər NATO, istər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri, istərsə də digər hərbi qüvvələrin bölgədə manevr edərək öz gücünü nümayiş etdirməsi Azərbaycanın regional sülh prinsiplərinə uyğun gəlmir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ANS TV-nin Hesabat proqramına müsahibəsində deyib. Ə.Həsənov bildirib ki, biz onu da anlayırıq ki, mövcud olan təşkilat sınaq və təlim keçirməlidir: “Əsas məsələ odur ki, Azərbaycan bu gün bitərəf ölkələr blokunda təmsil olunaraq, hərbi təhlükəsizlik məsələlərini müstəqil şəkildə, tərəfsiz təmin etməyə çalışır. Amma eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri və onun əsas üzvü olan Rusiya, həm NATO və onun üzvləri ilə milli təhlükəsizlik sahəsində ya əməkdaşlıq qurur, ya qurmaqdadır, ya da qurmağa çalışır. Ona görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına rəqib kimi deyil, tərəfdaş kimi baxırıq”.
URL / WWW
http://kelam.az/article/a-7143.html