Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: “ATƏT-in Minsk qrupunun dağılmasına nail olmalıyıq”
21.09.12 14:47

“Son vaxtlar Dağlıq Qarabaş münaqişəsi ilə bağlı dəyişikliklər var və bu, Azərbaycanın xeyrinədir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu keçirdiyi ənənəvi “Qarabağ saatı”nda deyib.

Onun sözlərinə görə, bu dəyişikliyin keyfiyyətə doğru sıçrayış yaradacağını indidən demək olmur: “Ramil Səfərovun ekstradisiyasından sonra ermənilərin yaratdığı səs-küy bir az müəyyən işlərin böyüməsinə imkan vermir, ancaq bu səs-küy kəsəndən sonra bütün dünya, xüsusən Avropada görəcəklər ki, hamı Ermənistandan Qarabağı məsələsini istəyir. Yəni əksəriyyətin şüurunda belədir ki, indiki vəziyyətin əsl səbəbi  Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasıdır”.  Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi həll edilsəydi, R.Səfərovun ekstradisiyası bu qədər səs-küy yaratmazdı: “Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, Ermənistanın dövlət borcu 7,5 milyard dollara çatmazdı. Münaqişə həll edilsəydi  bu gün investorlar Ermənistandan qaçmazdı”. Politoloq onu da əlavə edib ki, münaqişənin davam etməsi daim Ermənistanı zəiflədən bir məsələ kimi qəbul edilib. Ancaq R.Səfərovun ekstradisiyasından sonrakı vəziyyət göstərdi ki, münaqişə bütün ermənilərin çöküşü kimi qəbul edilməlidir.
M.Əhmədoğlu Avropa Parlamentinin R.Səfərovla bağlı qəbul etdiyi qətnaməni ədalətsiz və qərəzli olduğunu söyləyib. Onun sözlərinə görə, AP-nin qəbul etdiyi qətnamənin 3-cü bəndində qeyd edilib ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində status verilə bilməz. O, bu qərarda xristian faktorunun da mühüm rol oynadığı qənaətindədir. M.Əhmədoğlu Avropa Parlamentini Avropanın tarixini və orada ermənilərin fəaliyyətinə nəzər salmağı tövsiyə edib.
M.Əhmədoğlu Qarabağ məsələsində Rusiyanın mövqeyində dəyişiklik olduğu qənaətindədir. Onun sözlərinə görə, bu dəyişiklik Azərbaycanın xeyrinə olsa da, bundan hələlik istifadə etmək olmaz. Çünki bu dəyişiklikdə müstəqilliklə bağlı bəzi qaranlıq məsələlər yer alır.
Münaqişə ilə bağlı İranın da mövqeyində Azərbaycanın xeyrinə dəyişiklik olduğunu xatırladan M.Əhmədoğlu ancaq bu mövqenin dəyişkən olduğunu qeyd edib.
Münaqişədəki dəyişikliyin sürətləndirilməsini vacib sayan M.Əhmədoğlu ATƏT-in Minsk qrupunun formatının dağıdılmasını istəyib. M.Əhmədoğlu açıqlayıb ki, ATƏT 20 illik missiyası dövründə hər iki tərəf arasında etimad mühitinin formalaşmasına şərait  yaratmayıb, əksinə, düşmənçiliyi sürətləndirib. O qeyd edib ki, ATƏT-in Minsk qrupu münaqişə carçısıdır: “Tezliklə ATƏT-in Minsk qrupunun dağılmasına nail olmalıyıq” deyən M.Əhmədoğlu hesab edir ki,  ATƏT-in uzaqlaşdırılması Azərbaycanın xeyrinə olacaq.
URL / WWW
http://kelam.az/article/a-7141.html