Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Avropa Parlamentinin qətnaməsi münasibətlərin ruhuna uyğun deyil”
19.09.12 14:47

“Ermənistanda separatizm, terrorizm dövlət siyasəti olsa da, çox təəssüf ki, bu siyasəti açıq-aşkar həyata keçirən dövlətə qarşı nə Avropa Şurası, nə də Avropa Parlamenti heç bir reaksiya verir. Ancaq Azərbaycan beynəlxalq konvensiyaya və ölkə qanunvericiliyinə uyğun olaraq Ramil Səfərovu əfv etməsi nədənsə birdən-birə Avropa Parlamentində qıcıq yaratdı”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov bildirib.O qeyd edib ki, halbuki hamısı da bilirdi ki, bu, məhkumların başqa bir dövlətə verilməsi haqqında 1983-cü il Avropa Konvensiyasına tamamilə uyğundur: “Eyni zamanda, bu, Azərbaycan Konstitusiyasının normalarına tamamilə uyğundur. Ona görə də  Avropa Parlamentinin bu cür qətnaməsini tamamilə qəbuledilməz sayıram. Burada iki hal ola bilər: ya onlara bizim göndərdiyimiz məlumatları çatdırmayıblar, ya da çatdırılıbsa da, onlar özləri bunu qəsdən təhrif ediblər. Hər halda bu cür qətnamə bizim münasibətlərin ruhuna uyğun deyil. Bu, qərəzli münasibətdir”.
Z.Əsgərov deyib ki, Azərbaycanın daha da güclü olmaqdan başqa yolu yoxdur: “Təəssüf edirəm ki, bu gün dünyada hüququn gücü yox, gücün hüququ hakimdir. Məhz buna görə də hamımız güclü olmalıyıq”.
URL / WWW
http://kelam.az/article/a-7140.html