Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Ədəbiyyat » Bu gün
02.02.10 15:44

(ixtisarla)

Saqi, mey ver bizə kim dövlət olub yar, bu gün.

Sövqidən conbeş edər Sabiti Səyyar bu gün.

Dövr edər vəcd ilə nöh günbədü dəvvar bu gün.

Mən gərək nuş qılam badəyi gülnar bu gün.

Badə içməkdə mənim bir qərəzim var bu gün.

Etmişəm tövbə əgər badəyi tərsadan mən,

Keçmişəm deyrü künişt ilə kəlisadan mən.

İçmişəm badəyi rəngin xum İsadan mən,

Almışam indi xəbər badəyi mövladan mən.

Meyi mövladan elə saqəri sərşar bu gün.

Badeyi Müstəfəvi xumda edər cuşi-xuruş,

Ki, səfasından onun qarət olur taqəti huş.

Badədir ruhu Xuda saqiye gülçöhrə süruş,

Aləmə nəşri maarif eləyir badə füruş.

Açılıb rəhmət ilə xanəyi xümmar bu gün.

Piri meyxanə meyi nabə işarət eylər,

Dürdi nüşan vilayətə bəşarət eylər.

Dini təkmili qılıb kəşfi kəramət eylər,

Müxtəsər aləmə təbliği risalət eylər,

Faş olur mərtebeyi Heydəri Kərrar bu gün.

Mən də peyğəmbəri namürsəliyəm Şirvanın,

Ki, gərək zahir edəm şənini hər zişənun.

Faş edəm rəmzini həqdən yetişən fərmanın,

Saqiya, yoxmu ayağında meyi rəmmanın,

Şəhri qıl badə ilə cənnətü ənhar bu gün.

Haqq edib çün məni peyğəmbəri fövcü şüəra

Ki, gərək aləmə təbliği qılam sübhü məsa,

Ərşidən haqq mənə təbliğə qılır faşu nida.

Ki, əgər eyləməsəm xəlqə bu təbliği əda,

Olmayıb xalqa risalət dəxi izhar bu gün.

Mən rəsulu şüəra mülkü vəfadan gəlirəm,

Hüd-hüdu naməbərəm şəhri Səbadan gəlirəm.

Aləmə sibqət edib badu səbadan gəlirəm,

Həcc mənaya gedib kuhi Minadan gəlirəm.

Şahidi vəhdət olub kəsrətü zəvvar bu gün.

Axiri həccini çün xətmi Rəsul qıldı tamam

Azimi Yesrib olur Əhmədi Mahmudi məqam

Ol şəhə Xumm Qədir üzrə olundu ilham

Gəldi Cibril ki, ey Sərvəri səyyarə məqam

Sənə göndərdi salam İzədi Qəhhar bu gün.

Sən gərəkdir edəsən Xumm-Qədir üzrə nüzul

Qüftü-qu eyləməsin zümrəyi əshabu füzul

Bəs gərək zahir ola mərtəbəyi zovcu bətul

Olacaqdır  o şıhın ziddi zəlumən və cəhul

Açılır aləmə məxvi olan əsrar bu gün.

Yetir afaqa o Şahənşahın ovlağını

Sabit et cümləyi mövlalara mövlalığını

Əliyyü ali əla gövhəri əlalığını

Zatının dürr kirənmayəyi valalığını

Mənbər üstə çıxıban eyləginən car bu gün.

Etdi çün hökmü nüzul ey şahi səyyarə xədəm

Oldu əshabilərin surəti hali dərhəm

Etdilər ərzi ki, ey zübdəyi əhli aləm

Su tapılmaz bu Qədir içrə hərarətdən həm

Kürrəyi xak olubdur kürrəyi nar bu gün.

Nazil olmağa deyil heç münasib bu məqam

Hökm hökmündür vəli biz sənə etdik elan

Açıban dürçü dəhən sərvəri ecazi kəlam

Dedi bu hökmü xüdavəndidür, ey qövmi kiram,

Eyləyib hökmü mənə Qadiri Cabbar bu gün.

Etdi əshabə bu hökmü çü şəhi ərşi sərir

Dedilər sot ilə ləbbeyk ucaldı təkbir

Oldular cümlə piyada çe səqirü çe kəbir

Müntəzir kim nədü fərmani xudavənd Qədir

Nə büruz eyləyəcək izədi dəvvar bu gün.

O şahənşaha hicazi şotor oldu mənbər

Bədə təmhidi Xudavəndi Qədimu davər

Dedi ayə deyiləm mən sizə candan behtər

Dedilər cümlə bəli, ey şəhi vala gövhər

Sənsən ovlalığa mövlayi səzavar bu gün.

Dedi hər şəxsə ki, aləmdə mən olsam mövla

Ona Mövladu Əli, ol şəhi mülkü məna

Ona nasir olana nasir olar bari Xuda

Hasidi düşməninə düşmən olar Rəbbi Səma

Bu duanı elədi Əhmədi Muxtar bu gün.

Dutdu bir xeymədə bəs Heydəri Kərrar qərar

Təhniyət etdilər ol şiri dilə xurdu kübar

İbni Xəttab xitab eylədi, ey Şiru Şikar,

Bəxxun-bəxxun ləkə mövla səni qıldı Cabbar

Oldun, ey sərvəri din, aləmə sərdar bu gün

O qədər çəkmədi kim Xətmi Rəsul qıldı vəfat

Zülməti xakidə məstur olub abi həyat

Dutdular Xızr təriqindən o qovmu zülmat

Qıldılar əzlərinə həqqi ziyafat isbat

Dedilər rehlət edib Seyyidi Əbrar bu gün.

Uydular əhrimənə hökmü Süleyman qaldı

Bir də həqqin bizə göndərdiyi fərman qaldı

Bənd olub zahirinə batini Quran qaldı

Kəsdilər suyunu əfsurda gülüstan qaldı

Necə kim indində zahiridür asar bu gün.

Heç şəkk yoxdu ki, əlan kəma-kan saqi

Oldu hər əsrdə bu nöqtə nümayan saqi

Bizə haqq naibdir Fazili Şirvan saqi

Əliyyü Ali o səbti Şəhi Mərdan saqi

Ki, Onun həqiqini qovmu edər inkar bu gün.

Elmdə tay deyildir O Cənabə bir əhəd

Bu Əli mənqəbətun vəsfinə yoxdur sərhəd

Nə qəmi etsə əgər hasidi iqbali həsəd

Hasidi boynuna zəngir olacaq həblü məsəd

Münkiri rütbəsinin mənzilidir dar bu gün.

…Nə üçün saz elədün bir belə hədyan, Seyyid,

Ki, dedin hər kəsə bu növ ilə böhtan, Seyyid.

Olacaqdır dili əhdab pərişan, Seyyid,

Gəl usan xətmi-kəlam et, sənə qurban, Seyyid.

Ramazan kimi tapıb tuli bu güftar bu gün.
URL / WWW
http://kelam.az/article/a-714.html