Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərov: “Ermənistan terrorizmi dövlət səviyyəsində dəstəkləyən ölkədir”
21.09.12 14:47

“Bu gün Ermənistan tək işğalçı dövlət yox, hətta terrorizmi də dövlət səviyyəsində dəstəkləyən ölkədir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov bu gün Azərbaycanda səfərdə olan Çin Xalq Nümayəndələri yığıncağı Daimi Komitəsinin Xarici İşlər üzrə Komitəsinin sədri Li Caosinin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşündə bildirib.

O qeyd edib ki, Azərbaycan bu gün Ermənistan tərəfindən dəstəklənən terrorizmdən əziyyət çəkir: “Biz bilirik ki, Çin də separatizm və terrorizmdən əziyyət çəkir. Biz separatizm və terrorizmin bütün təzahürlərini pisləyirik və buna qarşı birlikdə mübarizə aparmalıyıq”.
Li Caosi isə qarşılıqlı münasibətlərdən danışaraq bildirib ki, Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Biz də bu problemdən əziyyət çəkmişik və indi də çəkirik. Amma biz 1997-ci ildə Honkonqun qaytarılmasına nail olduq və arzu edirəm ki, siz də öz ərazi bütövlüyünüzü bərpa edəsiniz. Amma bu gün bizə iqtisadi baxımdan da təcavüz edənlər çoxdur. Məsələn, iqtisadi münasibətlərdə bəzi Avropa ölkələri bizə qarşı ikili standartlar yürüdürlər. Biz Azərbaycanla hərtərəfli əlaqələrdə maraqlıyıq”. Z.Əsgərov isə öz növbəsində Azərbaycanın da bu məsələdə maraqlı olduğunu deyərək bildirib: “Siz eyni situasiyanı yaşadığınızı və 1948-ci ildə itirdiyiniz Honkonqu 1997-ci ildə geri qaytardığınızı vurğuladınız. Buna görə biz sizi təbrik edirik, amma bizim bu müddət qədər gözləməyə səbrimiz yoxdur və tezliklə Dağlıq Qarabağı qaytaracağıq”.
URL / WWW
http://kelam.az/article/a-7139.html