Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Zakir Qaralov: Bəzi qüvvələrin qərəzli və ucuz sensasiya yaratmaq cəhdləri Azərbaycanın inkişafına heç bir maneə ola bilməz
20.09.12 14:47

“Dövlət başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında əldə edilmiş və dünya birliyi dövlətləri tərəfindən də birmənalı şəkildə qəbul edilən köklü islahatlar və onların real nəticələri, dayanıqlı ictimai siyasi sabitliyin bərqərar olduğu demokratik vətəndaş cəmiyyəti və hüquqi dövlətin formalaşdırılması, ölkənin yüksələn xətt üzrə mütərəqqi inkişafı müxalifətyönümlü bəzi destruktiv qüvvələri ciddi narahat edir və onların xəyallarını heçə endirir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib. Z.Qaralov qeyd edib ki, həmin qüvvələrin qərəzli və ucuz sensasiya yaratmaq, görülən işlərə kölgə salmaq və onların əhəmiyyətini azaltmaq məqsədi daşıyan uğursuz cəhdləri Azərbaycanın inkişafı yolunda heç bir maneə ola bilməz. O, həmçinin əlavə edib ki, korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanda aparılan genişmiqyaslı işlərin nəticəsi göz qabağındadır və görülən tədbirlər barədə ictimaiyyətin mütəmadi olaraq ətraflı məlumatlandırılması təmin edilir: “Dövlət başçısının siyasi iradəsinə və qətiyyətinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin kəsərliliyinin artması özünü əldə edilən real nəticələrdə göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə kampaniya xarakteri daşımır. Bu, bizim şüurlu seçimimizdir” - deyə Z.Qaralov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-7138.html